Rusiya yeni “İskəndər-M” raketini sınadı - VİDEO

Rusiyanın "Zvezda" telekanalı YouTube-da təkmilləşdirilmiş "İsgəndər-M" raket kompleksinin MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Tacikistanda keçirilən təlimlərdəki sınaq buraxılışının videosunu paylaşıb.
AzBak.info Milli.Az-a istinadən bildirir ki, buraxılış Lyaur poliqonunda gerçəkləşdirilib və 130 km uzaqlıqdakı hədəf vurulub. Ballistik raket cəmi 10 metr yayınaraq hədəf qismindəki şərti terrorçu düşərgəsini vurub.

Bəzi kadrlarda burazılışı 100 metrdən görmək mümkündür.

"İsgəndər-M" kompleksi "stels" texnologiyalarından istifadə olunmaqla hazırlanmış kvaziballistik raketlərlə təchiz olunub.




</embed