Qatı duman sürücülərə çətin anlar yaşatdı
Qatı duman Bakı-Şamaxı yolunda sürücülərə çətinlik yaradıb. Avtosfer.az-ın məlumatına görə, səhər saatlarından etibarən yolda müşahidə olunan qatı duman axşam saatlarına qədər davam edib. Sürcülər ara məsafəsi saxlamqla aşağı sürətdə hərkət ediblər. Duman əsasən Bakı-Şamaxı yolunun qobustandan keçən hissəsində müşahidə olunub. Sözügedən ərazidə görmə məsafəsi 1 metirə qədər qısalıb. Bu səbəbdən qəza da baş verib. Qobustan rayonu ərazisində Göyçay rayon sakini Rəşad Mustafayevin idarə etdiyi minik maşını yoldan çıxaraq beton piltəyə çırpılıb. Qəzada 2 nəfər xəsarət alıb.