Gəncə sakini sirkə turşusundan zəhərlənərək ölüb.
“Qafqazinfo”nun məlumatına görə, 1948-ci il təvəllüdlü şəhər sakini Elburus Abdullayev sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Onun hansı səbəbdən sirkə turşusu içməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.