Şamaxıda 18 yaşlı oğlan intihar etdi

Şamaxı rayonunda 18 yaşlı oğlan intihar edib.

Qafqazinfo-nun verdiyi xəbərə görə, aprelin 26-da, saat 12 radələrində 2002-ci il təvəllüdlü Nurlan Babayev yaşadığı binanın girişində özünü kəndirlə asıb.

O, ailə üzvləri tərəfindən aşkar edilərək, kəndirdən çıxarılıb.