Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında “Brent” markalı neftin dəyəri azalaraq, 1 barelə görə 20.78 dollar təşkil edib.
Bununla bağlı “İzvestiya” məlumat yayıb.

Bildirilib ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 8 faiz azalaraq, 15,57 dollar olub.