Azərbaycanda daha 46 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycan Respublikasında koronavirusa yoluxduğu aşkarlanmış 46 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzBaku.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunub.

Bildirilib ki, bununla da ölkədə yeni tip koronavirusdan sağalanların ümumi sayı 1276 nəfərə çatıb.

Qeyd edək ki, hazırda ölkədə virusa yoluxduğu aşkarlanmış 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.