Azərbaycanda general və yüksək rütbəli hərbçilər saxlanıldı - RƏSMİ

Azərbaycanda general və yüksək rütbəli hərbçilər saxlanıldı - RƏSMİ











Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun Mətbuat xidmətlərindən "Report"a daxil olmuş birgə məlumatda bildirilir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda araşdırmalar davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək.