Koronavirusla bağlı vəziyyətin tez-tez dəyişməsi fonunda Ümumdünya Səhiyyə Təşkilatı son durumu müzakirə edəcək.
AzBaku.org Cebhe.info-ya istinadla xəbər verir ki, qurumun rəhbəri Tedros Qebreyesus təcili iclas çağırıb.
Onun sözlərinə görə, təşkilat 30 apreldə koronavirusla mübarizədə gələcək fəaliyyət planını müzakirə edəcək.
ÜST rəhbəri bildirib ki, 3 ay əvvəl COVİD-19-la bağlı fövqəladə vəziyyət elan edilib:"Səhiyyə sahəsindəki beynəlxalq qaydalara əsaslanaraq, mən sabah yenə fövqəladə iclas çağırdım".
İclasda son zamanlar koronavirusla bağlı dünya ölkələrindəki vəziyyət müzakirə ediləcək. Ölkələrə virusla mübarizədə yeni tövsiyə və təlimatlar elan olunacaq.