QHT sədri millət vəkili Zahid Oruca müraciət ünvanladı

QHT sədri millət vəkili Zahid Oruca müraciət ünvanladı


SosialXəbər.az xəbər verir ki, müstəqil jurnalist, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızı, 94 saylı Bərdə kənd seçki dairəsinin deputatı Zahid Oruca müraciət ünvanladı.

Müraciətdə deyilir : – Növbədənkənar VI çağırış Parlament seçkilərində deputatlığa namizəd olaraq, Bərdənin 54 məntəqəsində seçicilərlə görüşlər keçirdim. Seçkilər bitdikdən sonra da müxtəlif kəndlərdən olan sakinlər mənə müraciətlər ünvanlayır. Bu müraciətlər onların müxtəlif problemlərinin həlli ilə bağlıdır.

Müraciət edənlərin etimadlarını doğruldaraq problemlərin həllində kömək etməyə çalışıram. Kənd camaatını ən çox narahat edən məsələ örüş yerləridir. Hələ Bərdədə olarkən vətəndaşlar deyirdilər ki, örüş yerlərini Bərdənin icra başçısı Vidadi İsayev müxtəlif şəxslərə satıb. Mənə bu problemlə müraciət edən Mustafaağalı kəndindən olan şəhid anasının ərizəsini nəzərinizə çatdırıram. İnanıram ki, bu böyük problemin və digər məsələlərin həllində kənd camaatına mütləq yardımçı olcaqsınız.

Müraciəti təqdim edirik:
QHT sədri millət vəkili Zahid Oruca müraciət ünvanladı