Piyadalar keçid əvəzinə görün haradan keçirlər - VİDEO

Özlərini təhlükəyə atsalar da, "tələsirdim" deyib gülürlər
AzBaku.info Avtosfer.az -a istinasən xəbə verir ki,Yolun kənarına təhlükəsizlik məqsədilə dəmir məhəccərlər quraşdırılıb. Ancaq piyadalardan bəzisi məhəcərin üzərindən tullanır, bəzisi də altından keçirək yolun hərəkət hissəsinə çıxır. Görüntülər metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerlşən dairədəndir. Bu ərazidə piyadaların təhlükəsizliyinin təmin etmək üçün yola dəmir məhəccərlər quraşdırlıb. Bununla yanaşı ərazidə yeraltı piyada keçidi də var. Ancaq əksər piyadalar özlərini təhlikəyə ataraq yolun hərəkət hissəsi ilə gedirlər.
Məsələn bu piyada avtomobillərin sıx hərəkət etdiyi yol ilə gələrək dəmir məhccərin üzərindən tullanıb metroya daxil olur. Digər bir piyada isə dəmir məhəccərin qırılmış yerindən keçib yoluna davam edir.
Piyadalara yaxınlaşıb bunun səbəbini soruşduqda isə onlar gedəcəkləri ünvana tələsdikləri üçün belə etdiklərini bildirdilər.
Yaxınlıqda xidmət aparan yol polisləri bildirdilər ki, təhlükəsiz şəhər kamerasının olduğu dirək məhəccərə bitşik olduğu və dairəni yaxşı görüntüləmədiyi üçün onun yeri dəyişdirilib. Elə buna görədə həmin dəmir məhəccərin alt hissəsində olan dəmir hissələr çıxarılıb. Tezliklə dəmir məhəccər bərpa ediləcək və piyadaların buradan keçməməsi üçün ciddi nəzarət olulacaq.