Bakıda iki maşın toqquşdu: Yaralılar var - VİDEO

Bakıda iki maşın toqquşdu: Yaralılar var - VİDEO









Bakının Binəqədi rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Baku TV xəbər verir ki, hadisə Binəqədi və Sumqayıt şoselərinin kəsişməsində, “DSK yolu” kimi tanınan ərazidə qeydə alınıb.
Belə ki, 33 yaşlı Müseyibli Kamran Rahib oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən yol nişanının tələbini pozub. Bu zaman nəqliyyat vasitəsi Sumqayıt şosesi ilə hərəkət edən “Changan” markalı avtomobillə toqquşub.
Nəticədə, K.Müseyibli və sərnişin - 32 yaşlı Natiq Xəyasov xəsarət alıblar. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.