Bakıda avtomobillərin qeydiyyat nişanları oğurlanıb
Oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb
Bakıda nəqliyyat vasitələrindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi, Yasamal RPİ 29-cu PŞ və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.İbrahimova məxsus “Hyundai” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını və “TO-30” markalı 2 traktordan 5 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun mayın 13-nə keçən gecə Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobildən akkumulyator oğurlaması, habelə oğurladığı dövlət qeydiyyat nişanlarını idarə etdiyi “Hyundai” markalı avtomobilin üzərinə quraşdırmaqla oğurluq etməsi də müəyyən edilib.