Bakıda qadın sürücü ağır qəza törətdi: Ölən var

Bakıda qadın sürücü ağır qəza törətdi: Ölən var










Bakıda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Aygün Qəniyeva idarə etdiyi “Jeep Cherokee” markalı avtomobillə naməlum kişini vurub. Kişi aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.