Bayram günlərində küçəyə çıxmağa məhdudiyyət qoyulacaq? - RƏSMİ
“Bayram günlərində məhdudiyyətlərin olacağı barədə konkret fikir yoxdur”.
AzBaku.org-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, istirahət və bayram günlərində özünütəcrid əməllərinə riayət edilməlidir ki, koronavirusa yoluxma halları artmasın./oxu.az/