Bakı metropoliteni sabahdan necə işləyəcək? - RƏSMİ AÇIQLAMA

Bakı metropoliteni sabahdan necə işləyəcək? - RƏSMİ AÇIQLAMA






Bakı metropoliteni sabahdan gücləndirilmiş iş rejimində çalışacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, iyunun 8-i səhər saat 06:00-dan etibarən metropolitenin bütün heyəti iş başında olacaq: "Səhər saat 06:00-dan etibarən optimal iş qrafikində hərəkət gücləndirilmiş rejimdə, metodiki göstərişlərə uyğun tələblər əsasında davam etdiriləcək. Pik saatlarda qatarların hərəkəti "Həzi Aslanov"-"28 may" xətti üzrə 2 dəqiqə intervalla olacaq. Gücləndirilmiş iş rejimi ilə əlaqədar əlavə işçi qüvvəsi ayrılıb, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib".
B. Məmmədov bildirib ki, səhər saatlarında Nazirlər Kabineti yanında Operativ Qərargahın hər hansı əlavə göstəriş və tövsiyyələri olarsa, iş prinsipi həmin qaydalara uyğunlaşdırılacaq.