Yüngül vəziyyətdə olan pasiyentlərin evdə müalicəsinə nəzarət ediləcək - AÇIQLAMA
“E-TƏBİB mobil proqramı hazırlanır”.
AzBaku.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, bu proqram vasitəsilə xəstələrin vəziyyətinə nəzarət ediləcək:
“Bununla yüngül vəziyyətdə olan pasiyentlərin evdə müalicəsinə nəzarət olunacaq. Mütəmadi olaraq pasiyentlərlə əlaqə yaradılacaq, onlara sorğu ünvanlanacaq. Bunun əsasında isə onların vəziyyətlərinə görə dəyərləndirmə aparılacaq və aidiyyəti üzrə pandemiya üçün ayrılan müvafiq xəstəxanalara yerləşdirilməsinə baxılacaq”.oxu.az