Bakıda xəstəxanaların dolmasının 85 faizə çatdığı günlər olub - RƏSMİ

Bakıda xəstəxanaların dolmasının 85 faizə çatdığı günlər olub - RƏSMİ













“Təəssüf edirəm ki, hazırda ölkədə ağır vəziyyətdə olan kifayət qədər koronavirusa yoluxanlar var”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, bu gün vəziyyəti ağır olan və intensiv terapiya tələb edən koronavirus xəstələrimiz var:
“Bu, bizi çox narahat edir. Təəssüf ki, cəmiyyətdə xəstəliyə simptomsuz yoluxan vətəndaşlar da az deyil. Belə olan halda isə COVID-19-a yoluxan şəxslər həkimə müraciət etməkdə gecikir.
Statistika isə göstərir ki, gecikmiş müraciətlər kifayət qədər çoxdur. Bu günə qədər paytaxtda fəaliyyət göstərən xəstəxanaların dolmasının 85 faizə çatdığı günlər olub”.