Şəbnəmdən qalmaqallı sözlər: “Gülyanağın teli biləni nə mən, nə də ki Damla bilir” - VİDEO
“On ildir ki, oxuyuram. Beş ildir ki, səhnədəyəm, sima olaraq tanınıram. Gündəmdəyəm, mahnılarım “trend”dədir, hara gedirəmsə, yaxşı qarşılanıram, anşlaqla keçən konsertlərim olur. Efirlərin birində həmkarım Damlaya aparıcı söylədi ki, verilişə səninlə birgə Şəbnəmi də çağırmaq istəyirəm. O isə cavab olaraq “hə” deyib. Mən də “hə” demişəm. Burada nə var ki? Biz sənət yoldaşıyıq.
Xalq artisti Gülyanaq Məmmədova ilə eyni səhnəni bölüşən ifaçıyam. Gülyanağın teli qədər Damla və mən nəyisə bacarırıqmı? Gülyanağın teli biləni biz bilmirik. Gülyanaqla yan-yana durub, “Şahnaz” təsnifini duet şəklində ifa etmişik. Hara qədər desə, onun göstərişi ilə oxuya bilirəm. Buna mənim yetərincə bacarığım və qabiliyyətim var. Bunu nəinki Gülyanaq, Təyyar Bayramov və Qəzənfər Abdullayev də bilir”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu ATV kanalında yayımlanan “Ən yaxşısı” axşam şousunda qonaq olarkən deyib.
Sənətçi “Damlanın sənətdə özünəməxsus səs tərzi və yolu var” sözlərinə etiraz edib:
“Damla, Xumar Qədimova, Könül Kərimova eləcə də mən eyni janrda ifa edirik. Eyni yolumuz var. Amma Aygün Kazımova və Röya Ayxanın öz janrları var. Onlarla bizi müqayisə etmək doğru olmaz.
Nə Damla, nə də ki mən və ya sadaladığım digər eyni janrda ifa edən sənətçilər artıq deyillər. Hamımız eyni səviyyədəyik. Klipə xərclənən məbləğ belə eynidir. Onlar da çəkdikləri kliplərin rənglənməsini Türkiyəyə göndərirlər, mən də. Aranjemana 3000 manat sən də verirsən, mən də. Hətta artıq vermişəm, əskik verməmişəm. Eyni butiklərdən geyimlərimizi alırıq, eyni makiyaj ustaları bizi vizaj edir. Burada ayrı nə var ki!?”
Qeyd edək ki, müğənni Damla verilişlərin birində sənət yoldaşları ilə efirlərə birgə qatılmayacağını bildirib. Onun isə bu iddiası bir çox həmkarlarının, eləcə də Şəbnəm Tovuzlunun boğazından keçməyib. Olaydan sonra bir-birinə “can deyib, can eşidən” ikili arasında qalmaqal yaşanıb.