Bakının boz küçələrində yeni ruh: Binalar rəsm əsərləri ilə bəzəndi - FOTO
Bakı şəhərində yaşayış binalarına qraffiti sənəti ilə yeni ruh verilib.
AzBbaku.org xəbər verir ki, şəhərin müxtəlif ərazilərində binaların fasadları sənətin ecazkar gücü ilə yeni rəng qazanıb.
Layihə SOCAR-ın dəstəyi ilə həyata keçirilib.
Qeyd edək ki, “street art”ın ayrılmaz parçası olan qraffiti sənəti qədim dövrdən günümüzədək uzanan bir tarixə malikdir. Qədim Misirdə divarları, qayaları bəzəyən şəkil və yazılar qraffitinin ilk nümunələri sayılır.
1960-cı illərdən bu sənət yeni məna qazanıb. Bu dövrdən öz siyasi ideyalarını yaymaq istəyənlər divarlara müxtəlif məzmunlu yazılar yazmağa və rəsmlər çəkməyə başlayıblar.
Artıq uzun müddətdir, Bakı küçələrində də bu əsrarəngiz əl işlərini görmək mümkündür.oxu.az/