
Ötən ildən etibarən hakimiyyətin bəzi dairələrində kadr islahatlarının aparılması bu gün də davam etdirilməkdədir. Əsasən də yaşlı kadrlarla gənc kadrların əvəz olunması ictimaiyyətin nəzərində müsbət hal kimi qiymətləndirilmişdir. Əlbəttə ki,dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, bir neçə rayona gənc İcra başçıları təyin olunublar. Təyin olunanlar arasında Yasamal rayon İH-nin başçısı Elşad Eldar oğlu Həsənovun da adı qeyd olunmuşdur.
Bu şəxs kimdir? Təbii ki,bu sual hər kəs üçün maraqlıdır,amma hesab edirik ki,qeyd olunan sual elə də çətin sual deyil. Elşad Həsənov 1976-cı il Sentyabın 27-də Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Bundan sonra isə bir neçə şirkətlərdə hüquqşünas kimi çalışıb. Nəhayət 2015-ci ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. Uzun illər Milli Məclisdə millətin vəkili olaraq çalışan E.Həsənov,seçildiyi dairə üzrə seçicilərinə elə də “gün ağlayan” millət vəkili olmayıb.