Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir - RƏSMİ

Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir - RƏSMİ












İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, hər iki tərəfdən itki var.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.