Bakıda əhaliyə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Sabah xüsusi kimyəvi maddələrlə paytaxtda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.
İyul ayının 18-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.