Qarın otaran “vətənpərvərlər” – Hüquq müdafiəçisindən sərt sözlər

Qarın otaran “vətənpərvərlər” – Hüquq müdafiəçisindən sərt sözlər














"Hər kəs göründüyü kimi deyil, elə bizim şair-bəstəkar Vüqar Əhməd və onun ətrafında olan insanlar kimi”.
"SAVAŞ” xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Taleh Xasməmmədov nəğməkar-şair Vüqar Əhmədin sosial şəbəkələrdə yayılmış qalmaqallı videosunu tənqid edərkən yazıb.
"Son 5 gündə cəbhədən gələn şəhid xəbərləri, onların izdihamlı dəfni, atasız qalan övladların ah-nalələri ürək dağlayır. Xalq məişət problemlərini bir kənara atıb, vətən dərdi ilə uğraşır. Hamının ürəyində gizli bir sızıltı var, vətən eşqi, vətən dərdi… Belə bir durumda tanınmış vətənpərvər şair Vüqar Əhməd nə etməlidir, amma o, indi nə edir? Əlbəttə ki, başındakı gənclərlə kef məclisi təşkil edib, sanki xalqa acıq verirmiş kimi davranışlar sərgiləyir.
Digər tərəfdən ölkədə olan Pandemiya ilə əlaqədar sərt karantin rejimi tətbiq olunub. Bu durumda insanlar məcburdur ki, qəbul olunmuş qərara hörmətlə əməl etsinlər. Hətta sərt karantin rejimi səbəbindən bir çox vətəndaşlarımızın evlərində ac qaldığı da istisna deyil. Amma tanınmış şair və bəstəkar həm də insanların nəfsini "kabab tüstüsü” ilə yandırır.
Bəs budurmu sizin vətən təəssübkeşliyiniz, bəs budurmu sizin yazılarınızda və dilinizdə səslənən vətən sevginiz…?” Sfera.az