Koronavirusun daha bir fəsadı aşkar edildi

Koronavirusa yoluxan insanların bir hissəsində tromboz aşkar edilib.

“MedicalXpress” jurnalı xəbər verir ki, onların qanı qatılaşmağa başlayır və damarlarda tromblar formalaşır. Bu isə öz növbəsində orqanizmin tənəffüs funksiyasına və iybilmə qabiliyyətinə təsir edir.
Bu haqda məlumatı Alabama universitetinin və Nyu-Yorkda yerləşən Bet-İzreyel tibbi kompleksinin araşdırmaçıları verib.

Mütəxəssislərin fikrincə qanın laxtalaşması koronavirusa yoluxma simptomu kimi qəbul edilə bilər.