Barselonada minalanmış avtomobil partladıldı, ölən var

Barselona yaxınlığında minalanmış avtomobilin partlaması nəticəsində bir nəfər ölüb. Polis hesab edir ki, hadisə kriminal dairələr arasında ədavət nəticəsində törədilib.

AzBaku.info RİA Novosti-yə istinadən məlumatına gör, partlayış bələdiyyəsinin avtomobil dayanacağında baş verib. İnsident nəticəsində iki nəqliyyat vasitəsi yanıb, yaxınlıqda yerləşən dörd yaşayış binasının sakinləri təxliyə olunub.

İnsident Viladekans bələdiyyəsinin avtomobil dayanacağında baş verib. Hadisə nəticəsində iki avtomobil yanıb, yaxınlıqdakı 4 binanın sakinləri təxliyə olunublar.

İstintaq qrupu hesab edir ki, ölən şəxsin kriminal qruplaşmalarla əlaqəsi olub. O, 2013-cü ildə La Junkera şəhərindəki “Paradiz” kompleksində törədilən partlayışın təşkilində şübhəli bilinir.