Xəbər veridiyimiz kimi dünən Bakıda " Kardeşim benim 2" adlı filmin təqdimat mərasimi baş tutub.
AzBaku.az Publika.az-a istinadən xəbər verir ki, qala gecəsində filmin baş rol ifaçıları Burak Özçivit, Leyla Feray və Pınar Dəniz iştirak edib.
Gecəyə azərbaycanlı məşhurlardan rəqqasə-aktrisa Oksana Rəsulova ilə aparıcı Şəhriyar Əbilov da qatılıb. Azərbaycanlı məşhurlar Burak Öçivitlə şəkil çəkdirmək fürsətini əldən verməyiblər. Burak Özçivitlə Oksana Rəsulovanın səmimi şəkil çəkdirməsi xüsusi diqqət çəkib.