İri ticarət mərkəzlərinin açılmamasının səbəbi bilindi

İri ticarət mərkəzlərinin açılmamasının səbəbi bilindi











“Əvvəlki təcrübə göstərdi ki, iri ticarət mərkəzləri açıldığı zaman vətəndaşların kütləvi toplaşması prosesi baş verir”.

AzBaku.org-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, burada əsas məqsəd insanların bir arada, qapalı mühitlərdə toplaşmasının qarşısını almaqdır.