Kiyevdə azərbaycanlı tələbələrə silahlı hücumun görüntüləri ortaya çıxıb - VİDEO
Xəbər verildiyi kimi, iyulun 24-də saat 21:30-da (Bakı vaxtı ilə saat 22:30-da) Kiyevdə dörd azərbaycanlı tələbəyə hücum edilib. Rəsmi şəkildə hücumun Ukraynadakı erməni diasporunun nümayəndəsi tərəfindən həyata keçirildiyi məlum olub.
Tapança ilə silahlanan şəxs soyuqqanlı şəkildə tələbələrimizə atəş açıb, bundan sonra isə 50-RV-100 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” markalı maşınla hadisə yerindən uzaqlaşıb.
Hücum nəticəsində iki azərbaycanlı yaralanıb. Onları Kiyevdəki 8 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Azərbaycan vətəndaşı Nicat Kərimov ayağından güllə yarası alıb. Oxşar xəsarət alan ikinci zərərçəkən Azər Abbasova hadisə yerində tibbi yardım göstərilib. Ərazidə daha sonra 9 millimetrlik gilizlər tapılıb.
Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyəti nəzarətdə saxlayır.
Media.Az-a bugünkü müsahibəsində rezonans doğuran hadisəni şərh edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bildirib ki, cinayət işi açılıb, lakin yazılı müraciət, şikayət olmadan araşdırma aparmaq çətindir.
Bununla yanaşı, bu gün Media.Az hadisə yerindən daha əvvəl heç bir yerdə dərc olunmamış eksklüziv videokadrları tapmağa müvəffəq olub. Kadrlarda tələbələrimizlə söhbət zamanı erməni mənşəli olmasını etiraf edən yetkin kişinin onlara soyuqqanlı şəkildə atəş etdiyi dəqiq görünür.
Biz, həmçinin, öyrənə bildik ki, erməni tərəfi cinayətdən dərhal sonra günahkarların törətdikləri əmələ görə məsuliyyətə cəlb edilməməsi üçün istənilən yolla işi ört-basdır etməyə çalışıb. Təəssüf, lakin bizə məlum oldu ki, Ukraynada yaşayan bəzi vicdansız azərbaycanlılar bu məsələdə onlara kömək ediblər, xəsarət alan tələbələrə təzyiq göstəriblər.
Göründüyü kimi, belə azərbaycanlılardan biri də Ukrayna Azərbaycanlı Gəncləri Radasının sədri, müğənni Vaqif Nağıyevdir. O, gözlənilmədən erməninin azərbaycanlı tələbələrə hücum etməsi faktını təkzib etməyə başlayıb və hər şeydə Azərbaycan mətbuatını günahlandırıb. Yeri gəlmişkən, erməni tərəfi onun ifadəsindən məmnuniyyətlə öz xeyrinə istifadə edib.
Ümid edirik ki, sonda həqiqət qalib gələcək və günahkarlar cəzalandırılacaq, Vaqif kimi azərbaycanlıların hərəkətlərinə görə isə çox, çox utanırıq...