Üç keçi 4 nəfərin ölmünə səbəb oldu - VİDEO

Hadisə Pekin-Xarbin magistral yolunda baş verib

Çində 3 keçi 4 nəfərin ölmü ilə nəticələnən yol qəzasına səbəb olub. Belə ki, Pekin-Xarbin magistral yolunda anidən peyda olunan keçilər növbə ilə qarşı tərəfə keçmək istəyirlər. Təhlükəsizlik kamerasına düşən keçilərdən biri yolun bir hissəsini keçir, digər ikisi isə yolu keçmək istəyərkən hərəkətdə olan yük maşınından hürkərək sol tərəfdən gələn avtomobillərdən birinə çırpılır. Nəticədə 3 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verir. Sürücü və sərnişinlər hadisə ilə bağlı avtomobillərindən enib vəziyyəti öyrənmək istərkən, arxadan gələn digər yük maşınının qəzadan xəbərsiz sürücüsü maşınlarla arakəsmənin arasında olan insanların üstündən keçir və dörd nəfər hadisə yerində həlak olur.
Avtosfer.az həmin görüntüləri təqdim edir: