Hüquqşünas: “Tikinti şirkəti kranın aşması ilə bağlı məsuliyyət daşımır” - FOTO/VİDEO
“Karanti İnşaat 2012” şirkətinin hüquqşünası Fərid Həsənov baş verən hadisə ilə əlaqədar açıqlama verib.
O, qeyd edib ki, bu məsələ ilə bağlı “Karanti İnşaat” MMC məsuliyyət daşımır:
“Karanti İnşaat 2012” pilot layihəsi çərçivəsində burada tikinti işləri ilə məşğuldur. Təxminən iki ay əvvəl 20 iyun tarixindən bizim kran sahibi olan şirkətlə “Kran Group MMC” ilə müqaviləmiz var.
Müqaviləyə əsasən, “Kran Group MMC” tikinti məqsədilə kranı bu ərazidə quraşdırıb avqust ayında bizə təhvil verməli idi”.
Hadisə “Kran Group MMC”nin kranı montaj etdiyi zaman baş verib. Quraşdırılma zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün kran aşıb və məlum hadisə zamanı kranın sürücüsü vəfat edib”.
Onun sözlərinə görə, ilkin ehtimala görə qəzaya səbəb montaj işləri zamanı kranın hidrovlik matorunda yaşanan nasazlıq olub:
“Bu bizdə olan ilkin məlumatdır, dəqiq səbəbini bilmirik. Nərimanov rayon prokuedrorluğu və Baş Prokurorluğun nümayəndələri ərazidədir. Biz onlara şirkət haqqında zəruri məlumatları, sənədləri təqdim etdik. Biz kranı şirkətdən təhvil almamışıq”.
Şirkət rəsmisi sürücünün kranın içərisində olmasını isə belə izah etdi:
“Böyük ehtimalla sürücü montaj zamanı sükan arxasında kranın idarə edilməsi ilə bağlı funksiyaları yoxlayırmış”.