Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - FOTO

Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - FOTO










Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Məlumata görə, 15 şagird və iki işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 21 şagird və 12 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə üçdür. Bundan başqa, daha yeddi məktəb də distant təhsilə keçib.

Qeyd edək ki, indiyə qədər ölkə üzrə 30 məktəb, 55 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - FOTO