Ermənistanda dövlət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar qrup saxlanılıb



Ermənistanda dövlət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar qrup saxlanılıb.
AzBaku.org "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
İşin materiallarına görə, beş nəfər (A. M., S. M., E. Ç., V. V. və K. S.) və şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş bir sıra şəxslər 2023-cü il ərzində terror aktları törətməyi hazırlayıblar.