Yeni “superkoronavirusun” yarana biləcəyi barədə xəbərdarlıq edildi

Yeni “superkoronavirusun” yarana biləcəyi barədə xəbərdarlıq edildi














Sürix Texniki Məktəbinin immunoloqu Say Reddi bəyan edib ki, gələn il dünyada koronavirusun yeni və daha təhlükəli növü yarana bilər.

Bu barədə “RİA Novosti” xəbər verib.

Həkimin sözlərinə görə, hazırda mövcud ştamların təhlükəli sintezi epidemiyanın növbəti mərhələyə qədəm qoymasına gətirib çıxara, bu isə öz növbəsində çoxsayda insan tələfatı ilə müşaiyət oluna bilər.

Reddi yeni mutasiyaları qaçılmaz adlandırıb və onların orqanizmin immun sistemini məğlub etməyi öyrənəcəklərini bildirib.