Kəmaləddin Heydərov keçmiş naziri oteldə administrator işlədib


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 3 ildən bəridir ki, Riqadakı “Roma” otelinə müştəri tapa bilmir. Riqanın mərkəzində yerləşən otel hazırda satışdadır, lakin Heydərovun otelə çəkdiyi 13.2 milyon avroluq xərcə baxmayaraq baha hesab olunur.
Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
C.Həsənli qeyd edib ki, satışın səbəbi bəlli olmasa da, böyük ehtimalla Heydərovun öz biznesini bütünlüklə Avropadan çıxarıb daha təhlükəsiz hesab etdiyi Birləşmiş Ərəb Əmirliklərində cəmləşdirmək niyyəti ilə bağlıdır:
“Otel Heydərova məxsus “BENKONS” MMC-nin Latviya filialının mülkiyyətindədir. Fövqəladə hallar naziri oteli bağlamaq qərarı ilə bağlı administrator Linda Murnieseni ötən ilin payızında işdən azad edib.
Linda xanım siyasətçidir, Latviyanın keçmiş daxili işlər və müdafiə naziri olub. Nazir kimi dəfələrlə Bakıda rəsmi səfərdə olub. Onun keçmiş həyat yoldaşı Livan mənşəli ərəb Hosam Ebu Meri də siyasətçidir və Latviya parlamentinin deputatıdır”. (busaat)