Son həftələrdə əhali arasında yayılan xəstəlik uzun müddət davam etməsi və adi qripdən daha kəskin formada müşahidə edilməsi ilə fərqlənir.
Bu xəstəliyə yoluxanlar həftələrlə yataqdan qalxa bilmədiklərini, qızdırmanın bir-iki gündən daha çox davam etdiyini, antibiotik müalicəsi olmadan heç cür sağala bilmədiklərini söyləyirlər.
Vətəndaşlar xəstəliyin ağır keçməsi səbəbindən bunun qrip yox, hansısa başqa ağır virus və ya koronavirusun bir ştammı olduğunu düşünür.
Mövzu ilə bağlı danışan tibb eksperti, professor Adil Qeybulla əhali arasında yayılan xəstəliyin qripin bir növü olduğunu söyləyib:Bu xəstəliyə yoluxanlar həftələrlə yataqdan qalxa bilmədiklərini, qızdırmanın bir-iki gündən daha çox davam etdiyini, antibiotik müalicəsi olmadan heç cür sağala bilmədiklərini söyləyirlər.
Vətəndaşlar xəstəliyin ağır keçməsi səbəbindən bunun qrip yox, hansısa başqa ağır virus və ya koronavirusun bir ştammı olduğunu düşünür.
“Hazırda Avropada, o cümlədən Azərbaycanda yayılan bu xəstəlik əslində, qrip virusunun bir ştammı olan influenzadır. Virus infeksiyalarının bu vaxtlar peyda olması, kəskinləşməsi, geniş yayılması adi haldır. Hər il mövsümi soyuqdəymə xəstəlikləri bu və ya digər kəskinliklə təkrarlanır.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, hələ koronavirus pandemiyası da bitməyib. “Omikron”un mutasiya ştamları davam edir və yoluxmalara səbəb olur.
Amma hər halda Avropa ölkələridən, Rusiyadan gələn məlumatlar xəstəliyin infulenza olması yönündədir. Çox güman ki, ölkəmizdə yayılan da respirator infeksiyaların bir növü olan influenzadır”.
A.Qeybulla həmçinin əlavə edib ki, aiddiyyəti səhiyyə qurumları laboratoriya məlumatlarına əsasən, yayılmış virusla bağlı açıqlama verməli, cəmiyyəti məlumatlandırmalıdır.