Rusiya Federasiyasının Dağıstan Respublikasının sabiq Baş naziri Məhəmməd Abdullayev avtomobil qəzasında həlak olub.
Hadisə Mahaçqala şəhərində baş verib.
Məlumata görə, “VAZ” markalı avtomobil 61 yaşlı kişini vurub. Qəza nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya aparılıb, lakin orada dünyasını dəyişib.
Ölən şəxsin sabiq Baş nazir Məhəmməd Abdullayev olduğu müəyyənləşib.
Qeyd edək ki, Məhəmməd Abdullayev 2010-cu il fevralın 20-dən 2013-cü il yanvarın 30-dək Dağıstanın Baş naziri vəzifəsində çalışıb.