Birinci sinif şagirdi müəllimini güllələdi


ABŞ-ın Virciniya ştatında yerləşən məktəblərdən birində insident baş verib. 
 
azbaku.org xarici KİV-ə istinadən xəbər verir ki, 6 yaşlı şagird sinifdə müəlliminə atəş açıb.
 
30 yaşında olduğu bildirilən müəllim ağır yaralanıb. Onun vəziyyətinin kritik olduğu bildirilir.
 
Müəllimini güllələyən şagird nəzarətə götürülüb. Səlahiyyətlilər uşağın silahı necə əldə etdiyini araşdırır.