Pişik xəstə balalarını həkimin qəbuluna gətirdi – VİDEO

Pişik xəstə balalarını həkimin qəbuluna gətirdi – VİDEO











Türkiyənin İzmir şəhərində qəribə hadisə yaşanıb.

“Haber Global”ın məlumatına görə, pişik 3 balasını şəhərin Səhiyyə İdarəsinə gətirib və miyoldayaraq yardım istəyib.

İdarə əməkdaşları bala pişiklərin gözlərində infeksiya olduğunu görərək, onları müalicə ediblər.

Müalicədən sonra ana pişik yenidən balalarına sahib çıxıb.