Məşhur futbolçu səfir olacaq


Qaret Beyl futbol üzrə Uels milli komandasının səfiri ola bilər.
 
Uels Futbol Assosiasiyası yaxın günlərdə Beyl ilə danışıqlara başlayacaq.
 
Bu, karyerasını yeni bitirən Beylə təkcə milli komanda ilə deyil, həm də mütəxəssislərlə ünsiyyətdə olmağa imkan verəcək.
 
Qeyd edək ki, Uels yığmasında 111 oyun keçirən Beyl 41 qol vurub.