Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailənin qayıdışı baş tutacaq.
azbaku.org xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Xəzər Xəbər"ə açıqlamasında bildirib.
Fuad Hüseynov deyib ki, Böyük Qayıdışın tez bir zamanda reallaşması üçün işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir.
Komitə sədrinin müavini bildirib ki, yenidənqurma işlərində keçmiş məcburi köçkün soydaşlarımızın özləri də yaxından iştirak etmək istəyirlər. Onların bu istəyinə baxılır və müvafiq qərarlar qəbul olunacaq.
Həmçinin aparılan sorğular nəticəsində məlum olub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti öz doğma yurdlarına qayıtmaq istəyir.