Avropa İttifaqının xarici işlər nazirləri İrana qarşı dördüncü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Bu barədə İsveçin Avropa İttifaqına sədrliyinin Twitter səhifəsində məlumat paylaşılıb.
“Xarici işlər nazirlərinin bugünkü iclasında İrana qarşı yeni sanksiyalar paketi qəbul edilib. Aİ İran hakimiyyətinin dinc nümayişçilərə qarşı qəddar və qeyri-mütənasib güc tətbiqini qətiyyətlə pisləyir.",- deyə paylaşımda qeyd edilib.
Aİ-də İsveç sədrliyi yeni məhdudiyyətlərin kimə qarşı tətbiq edildiyini dəqiqləşdirməyib.
Yanvarın 19-da Reuters agentliyi mənbələrə istinadən xəbər verib ki, Avropa İttifaqı İranla bağlı sanksiya siyahısına 37 mövqe daxil edəcək.