Oğurluq məqsədi ilə evə girmək istədi, havalandırma kanalında ilişib qaldı
Türkiyənin Qaziantep şəhərində oğurluq etmək məqsədi ilə evə girən şəxs tikilinin havalandırma sisteminin kanalında ilişib qalıb.
Hadisə yerinə gələn polislər şübhəli şəxsi saxlayaraq idarəyə aparıblar.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, oğurluq etməyə çalışan 29 yaşlı şəxs əvvəllər də müxtəlif cinayətlər törətdiyinə görə, məhkəmə qarşısına çıxarılıb.
Mənbə: Anadolu