Bakıda xəstəxanada DƏHŞƏT: Tibbi spirtlə özünü yandırdı


Bakıda xəstəxanada intihara cəhd hadisəsi olub.
Hadisə yanvarın 25-də saat 16 radələrində Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 16 ünvanında yerləşən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2-ci mərtəbəsində qeydə alınıb.
31 yaşlı Salamzadə Hikmət Natiq oğlu tibbi spirti üzərinə tökərək özünü yandırıb. Nəticədə almış olduğu xəsarətlərdən Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (lent.az)