Minlərlə insan bu körpəni övladlığa götürmək istəyir



Suriyada zəlzələdən sonra dağıntılar altında dünyaya gələn Aya adlı körpəni minlərlər ailə övladlığa götürmək istəyir.
azbaku.org modern.az-a istinadən verdiyi məlumata görə, Ayanın ailəsi Suriyanın Cinderes bölgəsində dağıntılar altında qalaraq həlak olub. Dağıntılar altından sağ çıxarılan körpəyə həkimlər möcüzə mənasını verən Aya adını qoyublar.
Xəstəxanaya yerləşdirilən körpənin vəziyyətinin yaxşı olduğu bildirilir. 
Həmçinin qeyd olunub ki, Ayanı övladlığa götürmək üçün dünyanın dörd bir yerindən yüzlərlə zənglər gəlir.
Xatırladaq ki, Suriyada baş vermiş dağıdıcı zəlzələ nəticəsində 3 mindən çox insan həyatını itirib, minlərlə yaralı var.