Yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1% təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, yanvarda əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma işıq lampaları, sintetik yuyuсu vasitələri, diş pastaları, sabunlar, şampunlar, dərman vasitələrindən analginin, ucuzlaşma isə əsasən kəsilmiş taxtalar, yağlı boyalar, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. (oxu.az)