Məşhur blogerlə bağlı araşdırma başladıldı


Məşhur blogerlə bağlı araşdırma başladıldı

Türkiyədə prokurorluq məşhur sosial media fenomeni Oğuzhan Uğur haqqında araşdırma başladıb.
 
Bu barədə "CNN Türk" telekanalının yaydığı məlumatda bildirilib.
 
Qeyd edilib ki, o, zəlzələ bölgəsində yerləşən su bəndinin divarının çatlaması ilə bağlı informasiya yayıb. 
 
Prokurorluq “BaBala TV” internet kanalının sahibi Oğuzhan Uğur haqqında “ictimaiyyəti çaşdıran məlumat yayma” maddəsi ilə istintaq başladıb.