"Dilimiz dəyişilsin" qalmaqalı böyüyür - "Grammer Azi"nin yaradıcısından SOS


“Əslində, Şahbaz Xuduoğlu çoxunun düşündüyü, amma dilə gətirmək istəmədiyi fikirləri yazıb. Mən isə bu fikirlə razı deyiləm, çünki, təsəvvür edin, dövlət dilimiz Türkiyə türkcəsi olsa, övladlarımız Mikayıl Müşfiqin, Ramiz Rövşənin şeirlərinin dilini anlamaqda çətinlik çəkəcəklər”.
Bu sözləri açıqlamasında “Grammer Azi” səhifəsinin yaradıcısı Murad Hüseynov Ş.Xudoğlunun dil mövzusunda fikirləri ətrafında yaranmış müzakirələrdən danışarkən deyib. O bildirib ki, insanlarda belə düşüncə yaranıbsa, bu artıq həyəcan siqnalı kimi qəbul edilməlidir: