Təbrizdə binalar çökdü - Ölənlər və yaralılar var


Təbrizdə binalar çökdü - Ölənlər və yaralılar var


İranın Şərqi Azərbaycan vilayətində, Təbriz şəhərinin şərq hissəsində dörd bina uçub.
 
Bu barədə İranın dövlətə məxsus "Irna" agentliyi məlumat yayıb.
 
Bildirilir ki, binaların uçması nəticəsində azı iki nəfər ölüb, daha 6 nəfər isə yralanıb.
 
Binaların çökməsinin qaz partlayışı səbəbindən olduğu bildirilir. Hadisə yerinə xilasedici və tibb işçiləri cəlb olunub.