İcra başçısı məmuru cəzalandırdı: Daha aşağı vəzifəyə təyin edildi


Sabunçu Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş tutub.
İcra başçısı Adil Vəliyevin müvafiq əmri ilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana Qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov tutduğu vəzifəsindən azad olunaraq, daha aşağı vəzifəyə - Mənzil Kommunal Təsərrüfatı Birliyində baş mühəndis vəzifəsinə təyin edilib. 

Digər əmrlə Zülfüqar Mirzəliyev Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana Qəsəbəsi üzrə nüamyəndəsi təyin edilib. Arif Osmanovun işində yol verdiyi nöqsanlarına görə daha aşağı vəzifəyə keçirildiyi bildirilib.