İsrail ordusu ötən gecə HAMAS-ın Dəniz Qüvvələrinin komandirini öldürüb



İsrail ordusu ötən gecə HAMAS-ın Qəzzadakı Dəniz Qüvvələrinin komandirini öldürüb.
AzBaku.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, HAMAS təşkilatının Qəzza regionundakı Dəniz Qüvvələrinin komandiri Ratab Əbu Tşaiban İsrail ordusunun dünən gecə endirdiyi zərbələri nəticəsində öldürülüb.
Tşaiban bir neçə gün əvvəl İsrailin Zikim bölgəsinə dənizdən hücum cəhdinə rəhbərlik edən şəxs olub.